- Göz önü
- 7 Yanvar 2024 14:26
- 7 550
Mübariz Qurbanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qəhrəman oğlu Qurbanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, bu gün M.Qurbanlının 70 yaşı tamam olur.