DSMF-nin sədri: "Bu il pensiya məbləğində 10,8 % indeksləşmə gözlənilir"

Azərbaycana bu il pensiya məbləğində 10,8 % indeksləşmə gözlənilir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində bildirib.

"Dövlət Statistika Komitəsi fevralın əvvəli üçün lazımi məlumatı Fonda təqdim etməlidir. Qərar qəbul ediləcəyi təqdirdə gələn ay 2 aylıq məbləğ pensiyanın üzərinə əlavə olunaraq vətəndaşlara ödəniləcək", - deyə o qeyd edib.