Ombudsman Aparatı Prezident seçkiləri ilə bağlı monitorinqlərə başlayır

Ombudsman Aparatı Prezident seçkiləri ilə bağlı monitorinqlərə başlayır.

Bununla bağlı Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masada çıxışı zamanı məlumat verib.

O qeyd edib ki, ilkin olaraq seçicilərlə görüşlər üçün ayrılmış açıq və qapalı yerlərdə monitorinqlər aparılacaq:

"Artıq seçki hüququnun pozulması ilə bağlı Ombudsmana müraciətlər daxil olur. Bu müraciətlər operativ olaraq Mərkəzi Seçki Komissiyası ilə birlikdə araşdırılır".