Vilayət Eyvazovun Gədəbəydə keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib

DAXİLİ SİYASƏT
15 Yanvar , 2024 10:53

Daxili işlər naziri Vilayət Eyvazovun Gədəbəydə keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari il yanvar ayının 17-də Gədəbəy Rayon Polis Şöbəsində keçirilməsi nəzərdə tutulan Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarının sakinlərinin qəbulu tarixi yanvar ayının 25-nə dəyişdirilib.