Nəsiman Yaqublu Rəsulzadənin 140 illiyi ilə bağlı tədbirlərdə məruzələr edib

Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı müxtəlif təşkilat və qurumlarda tədbirlər keçirilir.

Yanvarın 29-da AMEA-nın Əsas binasında Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “Milli istiqlalın görkəmli nümayəndəsi Məhəmməd Əmin Rəsulzadə” mövzusunda elmi konfrans keçirilib.

Tədbir AMEA Rəyasət Heyəti, Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb.

Tədbirdə digər çıxışçılarla yanaşı, "Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzi"nin sədri, tarix elmlər doktoru, professor Nəsiman Yaqublu da “Məhəmməd Əmin Rəsulzadənin mühacirət mətbuatı ilə bağlı fəaliyyəti” mövzusunda məruzə edib.

Səbail rayon Mərkəzi Kitabxanasında da M.Ə.Rəsulzadəyə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə professor N.Yaqublu M.Ə.Rəsulzadənin həyat və fəaliyyəti ilə bağlı maraqlı məruzə edib

image description image description image description