Fuad Ələsgərov: Hüquq-mühafizə orqanlarında çoxsaylı innovasiyalar uğurla tətbiq edilir

Hüquq-mühafizə orqanlarında çoxsaylı inovasiyalar uğurla tətbiq edilməkdədir.

Bunu Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ölkədə əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması hüquq-mühafizə orqanlarını da əhatə edir: "Hüquq-mühafizə orqanlarında elektron sistem yaradılıb, çoxsaylı innovasiyalar uğurla tətbiq edilməkdədir”.