Qərbi Azərbaycan həqiqətlərinin təbliği: Tarixi ədalətin bərpası

49 saylı Abşeron ikinci seçki dairəsindən deputatlığa namizəd Rizvan Nəbiyev visiontv.az saytına verdiyi açıqlamada bildirib ki, seçki platformaslnda Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq arenada təbliği istiqamətində də hədəflədiyi məsələlər yer alıb. Sitat:

"Qərbi Azərbaycan tarixən azərbaycanlıların məskunlaşdığı bir bölgə olmuşdur. Biz bu məfhumu tarixi-coğrafi anlayış kimi istifadə edirik. Bu bölgəyə qayıdış, tarixi ədalətin bərpası və xalqımızın mədəni irsinin qorunması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Seçki platformamda həmçinin Qərbi Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq arenada təbliği istiqamətində hədəflədiyim məsələlər yer alıb:

•Qərbi Azərbaycandakı tarixi və mədəni abidələrimizin qorunması və bərpası üçün tədbirlər görülməsi və bu məsələyə əcnəbi parlamentlərdən dəstək əldə edilməsi; •Qərbi Azərbaycan İcmasının beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyətlərə dəstək verilməsi".