- Göz önü
- 17:12
- 1 320
Cümhuriyyət Ensiklopediyasının son nəşrinin onlayn versiyası yayımlanıb

İki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının təkmilləşdirilmiş 2-ci nəşrinin onlayn versiyası (1-ci cild: 440 səh.; 2-ci cild: 472 səh.) Azərbaycan Tarixi Elektron Kitabxanasında yerləşdirilib.
Ensiklopediyanın baş redaktoru AMEA-nın həqiqi üzvü Yaqub Mahmudovdur.
Redaksiya heyəti tanınmış alimlər və ensiklopediyaçı mütəxəssislərdən ibarətdir: İslam Ağayev, Tofiq Babayev - məsul katib, Azər Bağırov, İradə Bağırova, Firdovsiyyə Əhmədova, Anar İsgəndərov, Nigar Maksvell, Xeyrulla Məmmədov, Elmira Məmmədova, Mirheydər Mirzəyev, Ataxan Paşayev - baş redaktor müavini, Mehman Süleymanov, Kərim Şükürov.
Ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq kitabıdır. Ensiklopediyanın səhifələrində 1500-ə qədər termin-məqalə verilir.
Ensiklopediyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili ağ-qara və rəngli şəkillər, xəritələr, cədvəllər, diaqramlar, portretlər, hərbi əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür.
AzNews.az