- Göz önü
- 10 İyul 12:26
- 1 598
Nazir: Kolleclərdə müəllim hazırlığı dayandırılıb

Vaxtilə kolleclərdə aparılan müəllim hazırlığının mənfi nəticələri indi hiss edilir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, müəllimlərin sertifikasiya imtahanlarının nəticələri vaxtilə kolleclərdə təhsil almış müəllimlərin nəticələrinin aşağı olduğunu göstərir:
“Bu səbəbdən kolleclərdə müəllim hazırlığı dayandırılıb. Amma qeyd etməliyik ki, kollec məzunları arasında yüksək nəticə göstərən müəllimlər də var. Onlar illər ərzində öz üzərində çalışan və peşəkarlığını artıran şəxslərdir”.
AzNews.az