Səfir: Qarabağda dünya səviyyəli infrastruktur qurulub

Qarabağda dünya səviyyəli infrastrukturun qurulması artıq aydın şəkildə görünür.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld “APA-Economics”ə müsahibəsində deyib.

O bildirib ki, Britaniya şirkətləri artıq işğaldan azad olunmuş ərazilərdə aktiv fəaliyyət göstərirlər:

"BP Cəbrayılda günəş enerjisi layihəsini həyata keçirir. “Chapman Taylor” bir neçə şəhərin baş planının hazırlanmasında iştirak edib. Həmçinin Britaniyanın bir sıra şirkətləri minatəmizləmə işlərinə cəlb olunub. Bundan başqa, Heydər Əliyev Mərkəzinin memarlığını hazırlamış “Zaha Hadid Architects” də bu bölgədə yeni imkanları araşdırır. Bütün bunlar Böyük Britaniyanın Azərbaycanın bərpa və inkişaf prosesində real tərəfdaşlıq niyyətini göstərir".

AzNews.az