Anar Bağırov: Azərbaycanda vəkillərin sayı digər Avropa Şurasına üzv ölkələri ilə müqayisədə azdır

Azərbaycanda adambaşına düşən vəkillərin sayı digər Avropa Şurasına üzv ölkələri ilə müqayisədə azdır.

Aznews.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, kollegiyaya qəbul mütəmadi olaraq həyata keçirilir:

"Hüquqşünasların ən çox maraq göstərdiyi peşə vəkillikdir. Bu gün yazılı imtahanda 423 nəfər namizəd iştirak edir. Vəkillikdə vakansiya deyilən anlayış yoxdur. Digər Avropa Şurasına üzv ölkələrlə müqayisədə Azərbaycanda adambaşına düşən vəkillərin sayı yenə də azdır. Qonşu dövlətlərlə müqayisədə də bu say azdır. Zamanla bu fərqin aradan qalxmasına çalışırıq".

A.Bağıroov xatırladıb ki, bu gün ölkədə 2 800-ə yaxın vəkil fəaliyyət göstərir:

"İlin sonuna kimi vəkillərin sayı həmin rəqəmi ötəcək. Gələn ilin birinci yarısında isə həmin göstərici 3 mini keçəcək. Bundan başqa, hər il 350 nəfər vəkilliyə namizəd qəbul edilir. Qəbul prosesi çox mürəkkəb prosesdir və bir neçə mərhələdən ibarətdir. Təbii ki, imtahanlarda iştirak edən bütün namizədlər vəkil olmurlar. Bu il 800-dən çox nazmizəd vəkilliyə qəbul imtahanlarına qoşulub. Ölkədə Hüquqşünas məzunların azlığı, hüquqşünas qıtlığına gətirib çıxarır. Bu ixtisasdan məzun olanlar eyni zamanda özəl və dövlət seltorunda da fəaliyyət göstərirlər".