Ağ Evdə Azərbaycanla enerji interkonnektorları və data mərkəzlərinin yaradılması müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Ağ Evdə Milli Enerji Üstünlüyü Şurasının icraçı direktoru Jarrod Agen ilə görüş keçirib.

Aznews.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

O bildirilib ki, görüş zamanı Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) regionlararası enerji əlaqəliliyinin təmin edilməsi aspektində strateji əhəmiyyəti, Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında enerji interkonnektorları, data mərkəzlərinin yaradılması və enerji təchizatı ilə bağlı fikir mübadiləsi aparılıb.

Pərviz Şahbazov həmçinin, Amerika Birləşmiş Ştatlarının energetika naziri Kris Rayt ilə enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı istiqamətində məhsuldar müzakirələr aparıldığını qeyd edib.

"Neft-qaz resurslarının beynəlxalq bazarlara çıxarılmasında Azərbaycanın rolu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Dəhlizlərinin inkişafı və əməkdaşlıq perspektivlərini dəyərləndirdik", - nazir əlavə edib.

image description