Vəzifəli şəxsə elmi ad VERİLDİ - FOTO

Azərbaycan Texnologiya Universitetinin (ATU) Turizm fakültəsinin dekanı Yusif Hümbətova professor elmi adı verilib.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Texnologiya Universiteti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 15 may 2026-cı il tarixli qərarına əsasən, Yusif Əbülfət oğlu Hümbətov 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi-pedaqoji fəaliyyətinə görə professor elmi adına layiq görülüb.

Qeyd olunub ki, Yusif Hümbətov uzunmüddətli elmi fəaliyyəti və təhsil sahəsindəki xidmətlərinə görə bu ada uyğun görülüb.