- Göz önü
- 14:01
- 1 073
Eynulla Fətullayev təsdiqlədi: “Ağabala”nı da satıb
Xəbər verdiyimiz kimi, əməkdar jurnalist Eynulla Fətullayev Haqqin.az saytını Vəhdət Partiyasının sədri Adəm İsmayılova satıb və İstanbula köçüb.
AzNews.az xəbər verir ki, Meydan TV Eynulla Fətullayevə aid olduğu deyilən “Ağabala” restoranının da satıldığı haqda məlumat yayıb. Bildirilib ki, rəsmi sənədlərdə restoran FATULLAOGLU GROUP MMC-yə məxsusdur. MMC-nin təsisçisi Nigar Azər qızı Allahverdiyevadır. Onun Eynulla Fətullayevin həyat yoldaşı olduğu bildirilir.
E.Fətullayev isə bu məlumatı da təsdiqləyib.
“Ağabala” restoranını çoxdan satmışam… Azərbaycan ərazisində biznes fəaliyyətim yoxdur”, - o qeyd edib.