Barışıblar Barışıblar

Murat Boz və Aslı Enver yenidən bir arada

Barışıblar

Məşhur müğənni Murat Boz və aktrisa Aslı Enver barışmaq xəbərini təsdiqləyiblər.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Murat Boz və Aslı Enver barışıb. Barışdıqlarını uzun müddət mediadan gizlədən cütlük artıq barışmaq xəbərini təsdiqləyib. Məlumata görə, onları dostları barışdırıb.

Murat Boz və Aslı Enver cütlüyü 2 illik münasibətlərini 2018-ci ilin aprel ayında sonlandırıb.

Xatırladaq ki, Murad Boz 21 dekabrda Bakıda Kongres mərkəzində möhtəşəm konsert programı ilə çıxış edəcək.

Nigar CƏFƏR
AzNews.az