- Üçüncü sektor
- 6 Dekabr 2018 17:30
- 2 275
“4 gün dəniz kənarında qaldım” - Tacir hönkür-hönkür ağladı - VİDEO
"Düşündüm ki, ondan sonra necə yaşayaram?"
Dənizdə batan qardaşını fotolarını canlı efirdə görən müğənni Tacir Şahmalıoğlu hönkür-hönkür ağlayıb.
AzNews.az xəbər verir ki, müğənni ATV televiziyasında “Şou ATV” proqramında qonaq olarkən mərhum qardaşının dənizdən çıxarılmasından danışıb:
“4 gün dəniz kənarında qaldım. Gözlədim…Qorxurdum ki, qardaşımı tapmaram. Düşündüm ki, ondan sonra necə yaşayaram? O qorxudan da şəkər xəstəliyini tapdım. İkinci günü dalğıc paltarını geyinib, dənizə girdim. Dənizin altında qardaşımı axtardım, tapmadım. 4-cü günü meyiti çıxdı”.
Bahar RÜSTƏMLİ
AzNews.az