Burnu qırılan müğənni məhkəməni aldatdığını etiraf etdi - "səhvən dedim"

Aylıq gəlirim 250-350 min lirə arasındadır.

Türkiyəli məşhur müğənni Berkay futbolçu Arda Turanla olan məhkəməsində aylıq gəliri ilə bağlı məlumata düzəliş edib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəmədə aylıq gəlirinin min lirə olduğunu deyən müğənni bu məlumata düzəliş edib.

O, məhkəməyə “O rəqəmi səhvən dedim, aylıq gəlirim 250-350 min lirə arasındadır” deyib.

Qeyd edək ki, Arda Turan gecə klublarının birində Berkayın həyat yoldaşına sataşıb. Aralarında çıxan mübahisə zamanı futbolçu Berkayın burnunu qırıb. Onların məhkəmə prosesi davam edir.

Nigar CƏFƏR

AzNews.az