Elnar Xəlilov: Evlənəcəyimi qızı yoxlamaq üçün anamı pisləmişəm – VİDEO

"Anan bütün günü məni bezdirir".

ARB TV-nin “Kim var, kim yox” verilişinin növbəti qonağı müğənni Elnar Xəlilov olub.

AzNews.az xəbər verir ki, müğənni ilk dəfə efirdə maraqlı açıqlama edib:

“Mən bunu heç yerdə danışmamışam. Təbii ki, gözünü yumub ailə həyatı qurmaq olmur. Ailə həyatına gedən yolda kişi tərəfindən qadına yoxlamalar da olur, proqonlar da. Mən deyərdim ki, bir kişinin anası pislənilirsə, günah kişidədir. Niyə? Çünki özü o şəraiti yaradır. Bu proses necə olur? Mən həyat təcrübəmdən götürürəm. Nəticə olaraq ana da insandır və o da, hansısa bir yerdə emosiyalarına qapılıb nəyisə doğru deməyə bilər. Anasının doğru demədiyi sözü həyat yoldaşı ilə “Anama bax, gör nə etdi? Bütün əsəbimlə oynadı” deyən kişiyə, o qadın iki gün sonra deyəcək ki, anan bütün günü məni bezdirir. İkinci günü o sözü deməyi mütləqdir, çünki sən artıq o şəraiti yaratdın. Öz ananın qeybətini qadınınla etdin. Mən açıq deyirəm, bilirəm ki, həmin xanım da eşidir, yoxlamaq üçün demişəm ki, “Anam məni çox incidir”. Amma o başlamaq istəyəndə artıq "dur" demişəm. Mən bunu səni yoxlamaq üçün dedim və "bir də eşitməyim" demişəm. O, artıq bilir ki, mənim dəyərlim kimdir. Qadın biləcək ki, mən dəyərlilərimi necə qoruyuram. Onun hədəfi də mənim dəyərlim olmaq olur. Artıq dəyərlimdir ki, martın 8-i toyumdur, İnşallah”.

Aynur

AzNews.az