- Üçüncü sektor
- 19 Fevral 2019 11:51
- 3 690
Atam oyandı və bu sözləri dedi - Yasmin Erbil
Bu müddət doğrudan çətin idi.
Aylardır xəstəxanada olan Türkiyəli şoumen Mehmet Ali Erbilin qızı Yasmin Erbil jurnalistlərlə danışıb.
AzNews.az xəbər verir ki, alış-veriş edərkən jurnalistlərlə qarşılaşan Yasmin Erbil atası haqqında verilən suala cavab verib:
"Vəziyyəti yaxşılaşır. Reanimasiyadan otağa keçirdilər, çox şükür. Bu müddət doğrudan çətin idi. Elə bil yaşamırdım. Özünə gələndə ondan ilk eşitdiyim söz "bir şeyə ehtiyacın varmı?" oldu. Həyatımda yaşadığım ən gözəl an idi".
Pərvanə Ağazadə
AzNews.az