Qəzada ölən müğənninin anası: Qızım kəfənimi geyindi - VİDEO

"Gəlinliyini cənazəsinin üzərinə qoydum. Dedim, mən qızımı gəlin köçürürəm".

ARB TV-nin “Bu qədər” proqramında avtomobil qəzasında dünyasını dəyişən müğənni Mehriban Mustafayevanın həyatından danışılıb.

AzNews.az xəbər verir ki, anası və sənət yoldaşları onun haqqında xatirələrini bölüşüblər:

Mərhumun anası Sevda Mustafayeva: “Böyük qızımı musiqi məktəbinə aparmaq istədim, ətəyimdən yapışıb başladı ağlamağa ki, məni də apar. Dedim, yaşın azdı, səni götürməzlər. Əl çəkmədi, yox, mən də istəyirəm, dedi. Atası onun ağlamağını eşidib dedi ki, aparırsansa, ikisini də apar, yoxsa heç birini aparma. Apardım, oxudu. Məktəbi əla qiymətlə bitirdi. Atası musiqiçi idi, ona bu istedad atasından keçmişdi. Mehriban konservatoriyaya daxil oldu, 4-cü kursu bitirməmiş atası rəhmətə getdi. O, qızının el şənliklərində oxuduğunu bilmədi. Atası rəhmətə gedəndə Mehriban çox sındı. Özümü günahkar bilirəm, gərək onu el şənliklərinə buraxmazdım. Həmin gün səhərdən özümü pis hiss edirdim. Gah ürəyim əsdi, gah üşütmə gəldi. Oğlum zəng vurdu, “ana, özünü ələ al, sənə zəng vurdum ki, kənardan eşitməyəsən, Mehriban dünyasını dəyişib” dedi. Onu ərtafı dəyişdi. Adlarını belə çəkmək istəmirəm. Onlara sözüm odur ki, getsinlər, Mehribanın yanında yatsınlar. Bəlkə onda ürəyim sakitləşər. Gəlinliyini cənazəsinin üzərinə qoydum. Dedim, mən qızımı gəlin köçürürəm, amma ayaq üstə yox. Qızım mənim kəfənimi geyindi. Qəlbimdə yaşayır, mənə görə o, ölməyib. Mehriban torpaqdan qalxıb gəlsə, ancaq onda sakitləşərəm. Mehribanımı əlimdən aldılar, bunu onlara bağışlaya bilmirəm”.

Aynur

AzNews.az