- Üçüncü sektor
- 8 Aprel 2019 15:30
- 2 526
Oksana: Mənə rəqqasə deyiləndə əsəbiləşirəm - VİDEO

2012-ci ildə Hindistanda aktrisalıq məktəbini bitirmişəm
ARB TV-nin “Səhər-Səhər” proqramının budəfəki qonağı rəqqasə-aktrisa Oksana Rəsulova olub.
AzNews.az xəbər verir ki, Oksana özünə rəqqasə deyilməsinə qıcıqlandığını bildirib:
“Mənim aktrisalıq təhsilim var. 2012-ci ildə Hindistanda aktrisalıq məktəbini bitirmişəm. Azərbaycanda o diplomdan təkcə məndə var. Sizi inandırım ki, mənə rəqqasə deyiləndə əsəbiləşirəm. O qədər rəqqasələr gəlir ki, baxanda deyirəm ki, rəqqasə olmaq istəmirəm. Çünki bu ad artıq cılızlaşıb”.
Aynur
AzNews.az