- Üçüncü sektor
- 29 Aprel 2019 11:55
- 2 299
İdonun ayaqlarını yuyaram - Yasemin Şefkatli
.jpg)
"İdo istəsin, edərəm, buna görə də utanmaram"
Türkiyəli məşhur müğənni İdo Tatlısesin sevgilisi Yasemin Şefkatli dünən özünün yaratdığı çanta markası olan “Yasebags”ın təqdimatını keçirib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünənki təqdimat mərasimində İdo sevgilisini tək buraxmayıb.
Cütlüyün geyim tərzləri və iddialı açıqlamaları hər kəsin diqqətini çəkib.
Yasemin Şefkatli “İdo qısqancdırmı? Geyimlərinizə qarışırmı?” sualına “Bir-birimizin geyiminə qarışırıq. Təkcə geyim deyil, sosial şəbəkələrdə bir şey paylaşanda İdodan soruşub sonra paylaşıram” cavabını verib.
O, son zamanlar gündəmdən düşməyən “Ərimin ayağını yuyaram” sözlərinə də “Mən də yuyaram, nə olacaq ki? İdo istəsin, edərəm, buna görə də utanmaram. İnsan həyat yoldaşına kömək etməlidir” deyib.
Qeyd edək ki, cütlük bu ilin sonunda evlənməyi planlaşdırır.
Nigar CƏFƏR
AzNews.az

