- Üçüncü sektor
- 30 Aprel 2019 11:13
- 2 829
Çingiz Mustafayevin məşq tarixi açıqlandı
İlk olaraq səhnəyə Kiprin nümayəndəsi çıxacaq
Təl-Əvivdə baş tutacaq “Eurovision-2019” mahnı müsabiqəsində iştirakçı ölkələrin məşq tarixi açıqlanıb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, “Eurovision-2019” mahnı müsabiqəsinin iştirakçılarının məşqi mayın 4-də başlayır. İlk olaraq səhnəyə Kiprin nümayəndəsi çıxacaq.
Ölkəmizi yarışmada təmsil edən müğənni Çingiz Mustafayev isə mayın 7-də saat 15:20-da səhnəyə çıxacaq. Məşq 15:50-dək davam edəcək.
Qeyd edək ki, Çingiz Mustafayev Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarımfinalda mayın 16-da 18-ci nömrə ilə təmsil edəcək.
Müsabiqə Expo Tel Aviv arenasında, "Dare to Dream" (Xəyal etməyə cəsarət et) şüarı altında keçiriləcək. Müsabiqənin yarımfinalları 14 və 16 may, final isə 18 may tarixində baş tutacaq. Erez Tal, Bar Rafaeli, Assi Azar və Lüsi Əyyub müsabiqənin aparıcıları olacaq.
Rəqsanə
AzNews.az