Biznes-ledi Ruhi məşhur markaya aid çantasını tərs taxdı

"Fikir verməyin!"

Hazırda Türkiyədə olan biznes-ledi Ruhi Əliyeva sosial şəbəkədə yeni fotosunu paylaşıb.

AzNews. az xəbər verir ki, fotoda Ruhi Əliyevanın istifadə etdiyi məşhur markaya aid çantasını tərs taxması diqqət çəkib.

İfaçı bununla yanaşı Türkiyədəki işlərindən də söhbət açıb: “Türkiyədə "Ağır Romantik" adlı filmimiz çəkilir. Artıq final səhnələrinin çəkilişləri yekunlaşmaq üzrədir. Çox maraqlı bir film alınıb. İnşallah Türkiyədə və Azərbaycanda qala gecəsi keçiriləcək. İnanıram ki, siz də çox bəyənəcəksiz. Bu arada çantamı tərs taxmışam, fikir verməyin!”.

Rəqsanə

AzNews. az

image description