“Disney” bütün zamanların dünya rekordunu qırdı - 7,67 milyard dollar

“Qisasçılar: Final”, “Kapitan Marvel” və “Ələddin” studiya üçün ən gəlirli filmlər olub

“The Walt Disney Company” illik kassa yığımları üzrə dünya rekordunu qırıb.

AzNews.az “Quartzy”ə istinadən xəbər verir ki, studiya iyul ayına qədər istənilən digər kinoşirkətin bütün il ərzində topladığından daha çox pul yığıb.

Disney nümayəndələri bildiriblər ki, şirkət hələ başa çatmamış il ərzində bütün dünya üzrə 7,67 milyard dollar toplayıb. 2016-cı ildə vurulmuş 7,61 milyard dollara müvafiq öncəki rekord da “The Walt Disney Company”ə məxsus idi.

Qeyd olunur ki, “Qisasçılar: Final”, “Kapitan Marvel” və “Ələddin” studiya üçün ən gəlirli filmlər olub. Belə ki, üç lentin hər biri dünya prokatında bir milyard dollardan artıq vəsait toplayıb.

Nigar Orucova

AzNews.az