Leonardo Di Kaprio və Bred Pitt “Oskar” uğrunda rəqabət aparmayacaqlar

Filmin bütün süjet xətti Leonardo Di Kaprionun oyunu üzərində qurulub

Kventin Tarantinonun “Bir dəfə Hollivudda” (Once Upon a Time... in Hollywood) filmindəki Leonardo Di Kaprionun rolu baş rol, Bred Pittinki isə ikinci dərəcəli rol kimi elan olunacaq.

TASS agentliyi xəbər verir ki, Bred Pittin bu rolu onun ən yaxşı işi olsa da filmin bütün süjet xətti Leonardo Di Kaprionun oyunu üzərində qurulub.

Qeyd edək ki, hər iki aktyor eyni əhəmiyyətli rol ifa etdiklərinə görə onlar “Oskar”ın ən yaxşı kişi rolu nominasiyasına namizədliyini irəli sürə bilərlər.(AZƏRTAC)

AzNews.az