- Üçüncü sektor
- 2 Avqust 2019 10:26
- 8 739
Sərxoş olan Kamil Zeynallının oteldə başına iş gəldi - FOTO
Onun başına gələn hadisə hər kəsi güldürüb
Məşhur idmançı Kamil Zeynallı Özbəkistanda səyahətdə olan zaman başına gələn maraqlı hadisəni izləyiciləri ilə bölüşüb.
AzNews.az xəbər verir ki, o, Daşkənddə otelə sərxoş halda gəlməsindən yazıb. Bildirib ki, sərxoş olub oteli evi ilə səhv salıb. Onun yarızarafat yazdığı sözlər hər kəsi güldürüb.
"Otelə sərxoş gəlmək nə pis şeydi. Bir anlıq adam öz evi bilir oteli. Öz-özünə deyirsən ki, evə nə vaxt lift qoydurmuşam? Alee nə vaxt fırlanan qapı qoydurmuşam? Dəqiq evə gəlmişəm? Otağa qalxıb, qapını döyürsən, kimsə açsın. Baxırsan ki, qapı kartladır. Onda bir az anlayırsan ki, başqa evə gəlmisən".
Aynur
AzNews.az