Məşhur cütlüyün övladı ana bətnində öldü

Əməliyyat edilən İman Elbaninin səhhəti normaldır

Məşhur aktyor Murat Yıldırım və İman Elbani cütlüyünün övladları dünyasını dəyişib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün övladı ürək dayanmasına görə ana bətnində vəfat edib.

Əməliyyat edilən İman Elbaninin səhhəti normaldır. Xəbəri hər kəsdən gizli saxlayan Murad Yıldırım isə mətbuata “Allahdan xeyirlisi” deyə cavab verib.

Qeyd edək ki, Murat Yıldırım və İman Elbani 2016-cı ildə ailə qurub.

Rəqsanə

AzNews.az

image description