Üzünə daha gənc bir görünüş vermək üçün gərdikləri dərini qulaqlarına doğru çəkiblər Üzünə daha gənc bir görünüş vermək üçün gərdikləri dərini qulaqlarına doğru çəkiblər

İngilis model alış-veriş mərkəzində belə görüntüləndi - İstanbulda

Üzünə daha gənc bir görünüş vermək üçün gərdikləri dərini qulaqlarına doğru çəkiblər

İngilis model Katie Price keçirdiyi estetik əməliyyatdan sonra Türkiyəyə gəlib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, o, keçən ayların birində Türkiyədə bir estetik əməliyyat keçirib.

Əməliyyat və müalicədən sonra nişanlısı Kris Boyson ilə birlikdə ölkəsinə dönən Price yaraları tam sağalmamış yenidən Türkiyəyə dönüb.

Həkimlər 41 yaşlı Katie Pricein üzünə daha gənc bir görünüş vermək üçün gərdikləri dərini qulaqlarına doğru çəkiblər.

Amma Katie Pricein üzündəki bandajlar çıxarılınca bu bölgədəki yaraları qanamaya başlayıb. Bundan sonra model nişanlısı ilə birlikdə yenidən Türkiyəyə, əməliyyat keçirdiyi klinikaya gəlib.

Yaralarının sağalmaması üçün narahat olan Katie Price həkim müaiyənələrinin arasında alış-veriş turu etməyi də unutmayıb.

Nişanlısı ilə birlikdə getdiyi AVM-dən əlindəki torbalarla çıxan Katie Price hovuz başında əylənib.

Qeyd edək ki, Katie Price 20 yaşından bu yana tez-tez bıçaq altına girib.

Səidə Vahid

AzNews.az

image description image description image description