- Üçüncü sektor
- 30 Avqust 2019 13:22
- 11 292
Rəqsanə İsmayılova 28 min tələb edən xanıma cavab verdi - “O xanımın şikayəti ...”
Sevinc Zülfüqarova məhkəməyə müraciət edib
Bu gün müğənni Rəqsanə İsmayılovanın Sevinc Zülfüqarova adlı xanım tərəfindən məhkəməyə verildiyi haqda xəbər yayılıb.
İfaçının mətbuat katibi Türkan Məmmədli AzNews.az-a açıqlamasında yayılan hadisənin bir müddət əvvəl baş verdiyini deyib:
“Bu köhnə söhbətdir. Zamanında məhkəmə olub və Rəqsanə xanımın xeyrinə bitib. Azərbaycan Respublikasının qanunları var. Qanuna əsasən, məhkəmə başa çatıb və o xanımın şikayəti təmin edilməyib”.
Xatırladaq ki, bu haqda ilk məlumatı Bizimyol.info yayıb. İfaçının 2008-ci ildə aldığı geyimlərin pulunu indiyədək ödəmədiyi və bu üzdən də məhkəməyə verildiyi qeyd edilib.
Bu məsələ ilə əlaqədar müğənninin barəsində məhkəmə qərarı çıxarılıb. Onu məhkəməyə verən isə geyimləri satan Sevinc Zülfüqarova olub. O, Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddiada R.İsmayılovadan 28 min 447 manat pul tələb edib. Göstərib ki, müğənni 2008-ci ildə ondan 11 min 790 manatlıq geyim alıb, pulunu ödəməyib. S.Zülfüqarovanın bildirdiyinə görə, o, öncə müğənnidən Nəsimi Rayon Polis İdarəsinə şikayət edib. İdarədə araşdırma zamanı Rəqsanə ona 5 min manat borcu olduğunu etiraf edib. S.Zülfüqarova iddia ərizəsində yazıb ki, hətta Rəqsanənin dediyi həqiqət kimi qəbul olunsa belə, 5 min manatı 10 ildən çox ödəməməklə müğənni ona xeyli ziyan vurub.
Nəsimi rayon Məhkəməsi 28 min 447 manatlıq tələbdən 7000 manatını təmin edib. Bu məbləğ R.İsmayılovadan tutulub, S.Zülfüqarovaya ödənilməsinə qərar verilib. Müğənni bu qərardan apellyasiya şikayəti verib. S.Zülfüqarovanın borc məsələsilə əlaqədar məhkəmədə iddia qaldırmaq müddətini ötürməsi əsası ilə Bakı Apellyasiya Məhkəməsi müğənninin şikayətini təmin edib.
Qeyd edək ki, qanunda bu cür şikayətlər üçün müddət nəzərdə tutulub.
Rəqsanə
AzNews.az