Onun başlıca missiyası – hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır Onun başlıca missiyası – hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır

Mehriban Əliyeva İlham Əliyev haqqında paylaşım etdi

Onun başlıca missiyası – hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva prezident İlham Əliyev haqqında paylaşım edib.

AzNews.az xəbər verir ki, o, “Facebook”da prezident İlham Əliyev haqqında bu sözləri yazıb:

“Həyat yoldaşım Prezident İlham Əliyev 16 ildən çoxdur ki, xalqımıza xidmət edir.

Azərbaycanın qüdrətli, uğurla inkişaf edən, bütün dünyada nüfuz qazanan və bizim müstəqil Azərbaycan vətəndaşlarının haqlı olaraq qürur duyduğu bir ölkə olması istiqamətində onun bütün nailiyyətləri öz xalqına təmənnasız sevgi və sədaqətinə əsaslanır.

Onun başlıca missiyası – hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır”.

Rəqsanə

AzNews.az

image description image description