- Üçüncü sektor
- 10 İyul 2020 10:30
- 22 592
Məşhur aktrisa itkin düşdü
Mən qayığa mindim, anam isə dönmədi
Məşhur amerikalı aktrisa Naya Rivera oğlu ilə birlikdə kirayə qayıqla getdiyi göl gəzintisində itkin düşüb.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı aktrisadan heç bir iz tapılmadığı üçün polis onun ölmüş olduğunu düşünür.
Bir neçə saatlıq axtarışdan sonra polis qayığı və içində yatmış halda olan uşağı tapıb.
“Anamla göldə üzürdük. Mən qayığa mindim, anam isə geri dönmədi”, - aktrisanın 5 yaşlı oğlu deyib.
Qeyd edək ki, aktrisa “Glee” serialı ilə məşhurlaşmışdı.
Səidə Vahid
AzNews.az