O, "Remdesivir" preparatı ilə müalicə olunub O, "Remdesivir" preparatı ilə müalicə olunub

Məşhur amerikalı aktyor koronavirusa yoluxub

O, "Remdesivir" preparatı ilə müalicə olunub

Amerikalı aktyor və rejissor Mel Gibson COVID-19 keçirib.

64 yaşlı artist bu xəstəliyə aprel ayında düçar olub.

Bununla belə onun xəstələnməsi ilə bağlı məlumatın gizlin saxlanması qərarı verilib. Aktyor bir həftə xəstəxanada qalıb.

Məlumata görə, M.Gibson "Remdesivir" preparatı ilə müalicə olunub. Bu preparat həmçinin Eboladan əziyyət çəkənlər üçün də istifadə edilir.

Qeyd edək ki, Mel Gibson ikiqat “Oskar” mükafatı laureatı, həmçinin “Qızıl Qlobus” mükafatçısıdır. O, “Meverik”, “Qadınlar nə istəyir?”, həmçinin “Dəlisov Maks” trilogiyası və “Cəsur ürək” filmləri ilə məşhurdur. (Report)

AzNews.az