- Üçüncü sektor
- 26 Aprel 2021 10:56
- 15 138
Baydenin açıqlamasına türk məşhurlardan REAKSİYA
Nə desələr boşdur... Özləri kimi!
ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini “soyqırımı” adlandırmasına türkiyəli məşhurlar sosial media hesablarında etdikləri paylaşımlarla reaksiya veriblər.
AzNews.az həmin paylaşımlardan bəzilərini təqdim edir:
Türkiyəli pianoçu Fazıl Say: “Amerikanın qızıldərili soyqırımının, Yaponiyaya atdığı atom bombalarının, Yaxın Şərqdə həyata keçirdiyi vəhşi “parçala və hökmdarlıq et” işğalçılığının milyonlarla insanın ölümünə səbəb olmasını nəzərə almadan digər ölkələrlə məşğul olması artıq ciddi qəbul olunmamalıdır.
Əvvəlcə özünü düzəlt.
12-13 il əvvəl Türkiyə Ermənistana "Gəlin, bu tarixi birlikdə araşdıraq. Müəmmalı heç nə qalmasın. Baş verənləri birlikdə aydınlaşdıraq” təklifini etdi. Ermənistan razı olmadı. Yəni, istədilər ki, tək doğru onların dediyi olsun. Bu, reallıq deyil. Madam ki, fərqli rəqəmlər, fərqli səbəblər var, o zaman hamısı bərabər araşdırılmalıdır. Hələ də bir addım atılmayıb”.
Müğənni Alişan: “Soyqırımı axtaranlar öz tarixlərində dəfələrlə həyata keçirdikləri soyqırımları tapa bilərlər. Bizim tariximizdə soyqırımı yoxdur. Bizim tariximiz şanla, şərəflə, qürurla doludur...”
“Athena” qrupunun solisti Gökhan Özoğuz: “Əsla! Olmayan şeylə üzləşmək olmaz. Türk adətində soyqırımı yoxdur. ABŞ prezidenti Baydeni atdığı böhtana görə qınayıram.
Şoumen Mehmet Ali Erbil: “Soyqırımıtörətmişik... Kim deyib? Amerika prezidenti... Qızıldərililəri qətlə yetirən, Yaponiyaya atom bombası atan, Viyetnamı, İraqı, Əfqanıstanı qana bulayan Amerikanın prezidenti!
Xarakterlərini, mənfəətlərinə görə uyğunlaşdırmağa çalışan, heysiyət və qürur kəlimələrini ancaq lüğətdə görən insanlar tarixi də sözləri ilə əyməyə çalışırlar. Unutmayın ki, tarix bir dəfə yazılır. O tarix türk millətini də layiq olduğu kimi yazıb səhifələrinə. Nə desələr boşdur... Özləri kimi!”
Sinan Akçıl: “Səni heç bəyənməməkdə haqlıymışam, Bayden. Boş danışma...”
Pərvanə