- Üçüncü sektor
- 19 May 2021 09:14
- 11 310
Azərbaycan “Avroviziya”nın finalında - Video
Səsvermə nəticəsində Azərbaycan təmsilçisi Samirə Əfəndi "Avroviziya"nın finalına çıxıb
Xəbər verdiyimiz kimi, Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.
AzNews.az xəbər verir ki, Azərbaycanı “Avroviziya”da təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxaraq “Mata Hari” adlı mahnısını ifa edib.
Sonda səsvermə nəticəsində Azərbaycan təmsilçisi Samirə Əfəndi "Avroviziya"nın finalına çıxıb.
Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.