- Üçüncü sektor
- 27 May 2021 22:06
- 18 354
Namiq Qaraçuxurluya qarşı dələduzluq etdilər, polis hərəkətə keçdi
Meyxanaçını və bir çoxlarını aldadıblar
"Xəbər paylaşdım ki, mənə qarşı dələduzluq ediblər. Rəsmi olaraq müraciət etməmişəm. Polis dərhal hərəkətə keçib”.
Aznews.az xəbər verir ki, bu sözləri Namiq Qaraçuxurlu sosial şəbəkədə paylaşdığı videoda deyib.
“Məni Türkiyədən tapdılar və yardım etmək istədiklərini dedilər. Bakıya gələndə rəsmi olaraq polisə şikayət edəcəm",-deyə meyxanaçı sözlərinə əlavə edib.
Qeyd edək ki, meyxanaçı sosial şəbəkədə “@luxury_house_ks” adlı onlayn alış-veriş səhifəsinin onu və bir çoxlarını aldatdığını deyib.