“Əvvəllər mən belə seçim etmirdim" “Əvvəllər mən belə seçim etmirdim"

Oksanadan etiraf

“Əvvəllər mən belə seçim etmirdim"

Son zamanlar şəxsi həyatı ilə gündəmə gələn rəqqasə Oksana Rəsulova bu dəfə etirafı ilə diqqət çəkib.

Medianews.az xəbər verir ki, “Mtv” kanalına müsahibə verən rəqqasə artıq dəvət olunduğu proqramları seçdiyini etiraf edib:

“Əvvəllər mən belə seçim etmirdim. Çünki indiki dövrlə əvvəlki dövr tamamilə fərqlidir. Ona görə də seçim edirəm.

Əvvəllər soruşmurdum ki, verilişə kim gəlib. Lakin indi belə etmirəm. Çünki elə qonaqlar olur ki, onların dünya görüşləri mənimki ilə eyni olmaya bilər, sözlərimiz üst-üstə düşməyə bilər və o proqram yaxşı alınmaz.

Biz bir-birimizi anlamasaq, o səmimi veriliş ola bilməz. Mən sadəcə verilişləri deyil, layihələri və film çəkilişlərini də seçirəm.

Bu ekran işini kim çəkir? Tərəf müqabilim kim olacaq? Bunların hamısını dəqiqləşdirib, daha sonra qərar verirəm”.