Oslo danışıqlarının 30 illiyinə həsr olunmuş kitab


“Səməndər” Araşdırmalar və İnformasiya Mərkəzi İctimai Birliyi Yaxın Şərq münaqişəsinin tarixinə aid yeni kitab nəşr etməyi nəzərdə tutur.

İctimai birlikdən verilən məlumata görə, söhbət tanınmış dövlət xadimi Şimon Peresin siyasi memuar janrında yazılamış və ötən əsrin 90-cı illərində İsrail və Fələstin rəhbərləri arasaında aparılmış Oslo danışıqlarına qədər keçilən yol, danışıqların kulisarxası məqamlarına işıq tutan “Yeni Yaxın Şərq” kitabından gedir.

“Yaxın Şərq region xalqlarının gələcək nəsillərinin taleyini müəyyən edəcək tarixi yol ayrıcındadırr. Məhz burada regionun taleyi qlobal tarixi proseslə kəsişir. İndiki oniilik tarixin dönüş məqamıdır . Rusiya və Şərqi Avropada nəzərəçarpacaq dəyişikliklər, Cənubi Afrikada “qaralar” və “ağlar” arasında barışıq, Şərqi Asiyanın get-gedə qüdrətlənməsi, kompüter və telekommunikasiya inqilabı, bütün bəşər övladının taleyinin bir-birinə bağlı olduğunu daha dərindən dərk etmək, – bütün bunlar həm effektiv kollektiv təhlükəsizliyi, həm də fərdin rifahında artımı təmin edəcək yeni, daha yaxşı, daha etibarlı dünya üçün möhkəm zəmin yaradır. Demək olar ki, hər yerdə demokratiya ruhu, insana hörmət ruhu, insanın dövlət strukturlarından, ictimai həyatın mənfi amillərinin fövqündə durması ruhu əsir” –kitabın Moskva nəşrinin yazılmış müqəddimə bu sözlərlə başlayırdı.
Məlumatda qeyd olunur ki, kitabın Oslo danışıqlarının 30 illik yubliyeinədək hazırlanması nəzərdə tutulur.