- Üçüncü sektor
- 15:36
- 464
Lerikdə gənclərin turizm fəaliyyətinə dəstək verildi
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən icra olunan "Gənclərə iş, Turistlərə nəvaziş!" adlı maarifləndirici, infrastruktur və davamlı inkişaf layihəsi çərçivəsində turistik kənd olan Lerik rayonun Bibiyani kəndində növbəti dayanıqlı addımlar həyata keçirilmişdir.
Layihənin İcra Planına uğun Bibiyani kəndində yaradılan “turizm gənclər icması”nın fəaliyyətinin davamlılığını təmin etmək və gənclər üçün perspektivli turizm və qonaqlama fəaliyyətlərini təşkil etmək üçün 7 kənd sakinin evinə əvəzsiz mebel və digər zəruri ev avadanlıqları alınıb quraşdırıldı. Verilən bu təchizatın məqsədi layihənin dayanıqlılığı olaraq böyük turizm potensialı olan Bibiyaniyə turistlərin axınını artırmaq və burada səyahət edənlərin qalmasına şərait yaratmaq və kənd icması üzvlərinin məşğulluğuna və gəlir əldəetməsinə dəstək olmaqdır.
Layihə davamlılığına hesablanan digər fəaliyyət olaraq Bibiyanin turizm potensialını, gözəl təbiətini, imkanlarını təbliğ etmək və turist cəlbediciliyi üçün stimullaşdırıcı və maarifləndirici sosial çarx çəkilmiş, Youtube və digər sosial media platformalarında yayımlanmağa başlamışdır.
Layihə heyəti və regional turizm idarəsi tərəfindən layihə fəaliyyətlərinin və işlərin monitorinq və qiymətləndirilməsi aparılmış və “turizm gənclər icması” üzvlərinə perspektiv imkanlara dair təklif və tövsiyyələr verilmişdir.
AzNews.az