- Üçüncü sektor
- 20:11
- 1 865
Gənclər Mərkəzi İsmayıllı rayonunda tədbir keçirdi - FOTOLAR
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Mərkəzi İctimai Birliyi “Qalib xalqın Qəhrəmanları” layihəsi həyata keçirir.
Aznews.az xəbər verir ki, layihə çərçivəsində İsmayıllı rayonunda keçirilən tədbirdə Gənclər Mərkəzi İctimai Birliyin sədri, layihənin rəhbəri Kənan Qubadzadə bildirib ki: “ Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi “Qalib xalqın Qəhrəmanları” adlı layihənin icrasına başlayıb. Layihənin müddəti 3 ayı əhatə edir. Layihənin əsas məqsədi Azərbaycan xalqının tarixinə şanlı səhifələr yazmış Vətən müharibəsi qəhrəmanların tanıdılması, onların göstərdiyi şücaətin gələcək nəsillərə ötürülməsi və vətənpərvərlik duyğularının gücləndirilməsidir. Eyni zamanda, bu layihə şəhid və qazilərin ailələrinə mənəvi dəstək göstərməyi və ictimai yaddaşda onların rolunun qorunub saxlanmasını hədəfləyir. Tədbirdə çıxış edən İsmayıllı rayon icra Hakimiyyətinin ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nəsimi Teymurov, Dağlıq-Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov və İsmayıllı Dövlət Humanitar və Texnologiya kollecinin tərbiyə işləri üzrə direktor müavini Mikayıllı Vüqar çıxışlarında bildirdilər ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gənclər Mərkəzinin həyata keçirdiyi “Qalib xalqın Qəhrəmanları” layihəsi Azərbaycan xalqının Vətən müharibəsində (İkinci Qarabağ müharibəsində) göstərdiyi qəhrəmanlığı, şəhidlərimizin və qazilərimizin şücaətini cəmiyyətə tanıtmaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək məqsədilə hazırlanmışdır. Layihə çərçivəsində və sonrakı dövrlərdə benefisiarlar tərəfindən qəhrəmanlıq göstərmiş şəxslərin həyat yolu, döyüşdəki fəaliyyətləri və xalq arasında yaratdıqları mənəvi irs geniş şəkildə işıqlandırılacaq və təbliğ olunacaqdır. Tədbir iştirakçılarına bukletlər, köynəklər (AZGF loqolu) və sertifikatlar verildi.