Çin “Şitszyan-31” peykini orbitə çıxarıb

Çin kosmik mühitin monitorinqi üçün nəzərdə tutulmuş “Şitszyan-31” (Shijian-31) peykini uğurla orbitə çıxarıb.

Bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb.

Məlumata görə, peyk Çinin cənub-qərbindəki Sıçuan əyalətində yerləşən Siçan Kosmodromundan yerli vaxtla saat 17:45-də orbitə göndərilib.

Kosmik aparat orbitə “Çançjen-3B” (Long March-3B) daşıyıcı raketi vasitəsilə çıxarılıb.

Bildirilir ki, “Şitszyan-31” peykinin əsas missiyası kosmik mühitin monitorinqi və bu sahədə elmi tədqiqatların aparılmasıdır. Peykin Yer ətrafı orbitdə müxtəlif kosmik proseslərlə bağlı məlumatlar toplayacağı gözlənilir.

Mövsüm,

AzNews.az