"Vəkillik fəaliyyətindən əldə olunan vəsaitlərdən 35 faizindən artıq tutulmalar həyata keçirilir". "Vəkillik fəaliyyətindən əldə olunan vəsaitlərdən 35 faizindən artıq tutulmalar həyata keçirilir".
  • Tribuna
  • 27 Noyabr 2018 14:32
  •  3 621

"Vəkillik xidmətlərinə güzəştlər tətbiq edilsin" - Komitə sədri

"Vəkillik fəaliyyətindən əldə olunan vəsaitlərdən 35 faizindən artıq tutulmalar həyata keçirilir".

“Azərbaycanda qəbul edilən qanunlarla vəkillik sistemində ciddi islahatlar başlanılıb.Vəkillər tərəfindən göstərilən hüquqi yardıma görə əldə olunan vəsaitlərdən xərclər çıxılmadan 7 faizi Dövlət Sosial Müdafiə Fonduna ayırmalar aparmaqla yanaşı, bu vəsaitlər gəlir vergisinə də cəlb olunur. Həmçinin , dövlət hesabına göstərilən hüquqi yardıma görə müdafiəçiyə ödənilən hər 1 saat üçün 6 manatdan formalaşan vəsait də son nəticədə vergiyə cəlb edilir. Beləliklə, vəkillik fəaliyyətindən əldə olunan vəsaitlərdən 35 faizindən artıq tutulmalar həyata keçirilir”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vegi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

“Ümidvaram ki, gələcəkdə vəkillik fəaliyyəti ilə də bağlı həm vergi, həm də digər icbari ödənişlərə görə güzəştlər tətbiq olunacaq”-deyə komitə sədri əlavə edib.

Elgün
AzNews.az