"Sənəddə bu tip halların daha çox internet mediada qeydə alındığı vurğulanıb". "Sənəddə bu tip halların daha çox internet mediada qeydə alındığı vurğulanıb".
  • Tribuna
  • 5 Mart 2019 13:29
  •  4 055

“İnternet-media sahəsindəki qanunvericiliyə...” - Əflatun Amaşov

"Sənəddə bu tip halların daha çox internet mediada qeydə alındığı vurğulanıb".

“Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsində spesifik məsələlər də gündəmə gətirilib. Bu, ilk dəfədir. Jurnalist ordusuna qeyri-peşəkar, qeyri-etik cavablar da qeydə alınıb. Haqlı olaraq o da vurğulanıb ki, jurnalist peşəkar olmalı, vətəndaşların şəxsi həyatına müdaxilə etməməli, şərəf və ləyaqət prinsipinə hörmətlə yanaşmalı, işgüzar nüfuza xələl gətirməməlidir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, sənəddə bu tip halların daha çox internet mediada qeydə alındığı vurğulanıb: “Bu, internet-media sahəsindəki qanunvericiliyə yeni baxışın vacibliyini önə çəkir”.

AzNews.az