"Bir il ərzində Prezident İlham Əliyev tərəfindən kifayət qədər ciddi addımlar atılıb" "Bir il ərzində Prezident İlham Əliyev tərəfindən kifayət qədər ciddi addımlar atılıb"
  • Tribuna
  • 11 Aprel 2019 14:14
  •  4 143

"Ölkəmiz sürətli inkişaf mərhələsinə qədəm qoyub"

"Bir il ərzində Prezident İlham Əliyev tərəfindən kifayət qədər ciddi addımlar atılıb"

"Son bir ildə prezident İlham Əliyev tərəfindən atılan addımları nəzərə alaraq sistemləşdirsək, tam əminliklə deyə bilərik ki, ölkəmiz yeni və sürətli inkişaf mərhələsinə qədəm qoyub".

Bunu Milli Məclisin deputatı Fəzail İbrahimli Prezident İlham Əliyevin son bir ildə prezidentlik fəaliyyətini dəyərləndirərkən dedi.

Onun sözlərinə görə, bu bir il ərzində Prezident İlham Əliyev tərəfindən kifayət qədər ciddi addımlar atılıb. Əhalinin sosial durumunun yaxşılaşdırılması sahəsində çox mühüm qərarlar verilib. Əmək haqlarının artırılmasında uğurlar əldə olunub. Əvvəlcədən başlamış sosial siyasət ardıcıl şəkildə davam etdirilib. Bundan başqa, xarici müstəvidə mütləq mənada balanslaşdırılmış siyasət və Qarabağ məsələsində qətiyyətli mövqe nümayiş etdirilib:

"Biz bilirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dünya səviyyəsində bir poblemə çevrilib, məsələnin sülh yolu ilə həlli beynəlxalq təşkilatların ixtiyarına verilib. Azərbaycanın istək və arzusundan asılı olmayaraq, bu problemə ədalətsiz bir münasibət var. Sadəcə olaraq, ermənipərəst qüvvələr, dünya erməni lobbiləri, erməninin arxasında duran xristian qüvvələr hər bir vəchlə çalışırlar ki, Azərbaycan tərəfini işğalla barışdırsınlar, buna öyrətsinlər. Amma bu məsələdə dövlət başçısının hər zamankı qətiyyətli mövqeyi bu bir il ərzində daha qabarıq şəkildə ifadə olundu".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin növbəti dəfə prezident seçilməsinin bir ili tamam olur. İlham Əliyev 11 aprel 2018-ci il tarixli ümumxalq səsverməsində böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının prezidenti seçilib.

Elgün
AzNews.az