"Donald Tuskun Bakı səfərini yüksək qiymətləndirirəm" "Donald Tuskun Bakı səfərini yüksək qiymətləndirirəm"
  • Tribuna
  • 10 İyul 2019 16:48
  •  3 547

“Səfər Aİ ilə münasibətlərin inkişaf etməsinə mühüm töhfə verəcək”

"Donald Tuskun Bakı səfərini yüksək qiymətləndirirəm"

“Aİ Şurasının Prezidenti Donald Tuskun Azərbaycana səfər etməsi, ölkə başçısı İlham Əliyevlə həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirməsi Avropa İttifaqının Azərbaycana verdiyi yüksək dəyərin göstəricisidir”.

Bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Fazil Mustafa deyib.

Azərbaycanın Aİ-yə üzvü olan bir sıra dövlətlərlə strateji, əməkdaşlıq münasibətlərinə malik olduğunu diqqətə çatdıran deputat bildirib ki, sözügedən təşkilatla ölkəmiz arasında strateji münasibətlərə dair yeni sazişin imzalanması istiqamətində ciddi müzakirələr aparılıb, çoxsaylı görüşlər keçirilib.

F. Mustafa söyləyib ki, gələcəkdə sazişin imzalanması münasibətlərimizi daha da irəliyə doğru inkişaf etdirəcək: “Bu baxımdan Donald Tuskun Bakı səfərini yüksək qiymətləndirir, hesab edirəm ki, bu səfər və görüşlər ölkəmizin Avropa İttifaqı və bu quruma üzv olan ölkələrlə münasibətlərin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcək”.(sia.az)

AzNews.az