"Qarabağ məsələsində biz də təkliflər gözləyirik" "Qarabağ məsələsində biz də təkliflər gözləyirik"
  • Tribuna
  • 19 Avqust 2019 12:28
  •  7 382

Rusiya Dnestri Moldovaya verməyə hazırdır, əvəzində... - Zaur Məmmədov

"Qarabağ məsələsində biz də təkliflər gözləyirik"

"Rusiya Moldovadakı separatizmi bu ölkənin ərazi bütövlüyü çərçivəsində həll etmək istəyir".

AzNews.az xəbər verir ki, bunu Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Məmmədov dedi.

"Ötən həftə XİN rəhbəri Lavrov bununla bağlı "top"un Kişinyovda olduğunu bildirmiş oldu. NATO və Aİ-nin getdikdə Rusiya sərhədlərinə yaxınlaşdığını görən Smolensk meydanı Dnestryanı bölgənin Moldova tərkibində geniş muxtariyyət alması müqabilində Kişinyovun bloklara qoşulmayacağının zəmanətini istəyir".

O xatırlatdı ki, hələ 2000 ci illərin əvvəllərində Dnestryanı məsələnin həlli müqabilində Moldovanın neytral xarici siyasət aparacağı təklifi Brusseldə kəskin etiraza səbəb olmuşdu:

"Moldovanın o vaxtkı prezidenti Voronin razılığa getməmişdi. Nəticədə o, öz postundan "getməli" oldu. Beləliklə, bir tərəfdən Moldovanın onsuz da gec-tez Aİ və NATO ölkəsi olacağına əmin olan Brussel, digər tərəfdən bu labüdlüyü görən Moskva və onun Kişinyova təklifi...".

Zaur Məmmədov Qarabağ məsələsində Azərbaycanın təkliflər gözlədiyini bildirdi:

"Dolaşan məlumatlara görə, bir neçə il əvvəl Moskvanın bir neçə rayon əvəzinə rus sülhməramlılarının bölgəyə yerləşdirilməsi fikri çox ciddi idi. Hər iki tərəfin milli maraqlarına cavab verməyən bu təklifdənsə, Qarabağın Azərbaycan tərkibində yüksək statusu əvəzinə enerji layihələrinə Ermənistanın qoşulması, Xəzərdə qaz lahiyələrinin şimalla birgə istismarı və sair kimi təkliflər müzakirə predmeti ola bilərdi".

Pərvanə Ağazadə

AzNews.az