“Həmin dövrdə Azərbaycanı inkişaf etdirmək üçün çox işlər görmək lazım idi” “Həmin dövrdə Azərbaycanı inkişaf etdirmək üçün çox işlər görmək lazım idi”
  • Tribuna
  • 30 Avqust 2019 15:03
  •  5 845

“Müstəqilliyə aparan Bəyannamənin qəbulundan 28 il ötdü”

“Həmin dövrdə Azərbaycanı inkişaf etdirmək üçün çox işlər görmək lazım idi”

Hər bir xalqın, dövlətin tarixində qürur doğuran günlər var. Tariximizə nəzər salsaq görərik ki, 1991-ci ilin avqustun 30-da Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul edilib.

On illər boyu öz respublikasının dövlət müstəqilliyini bərpa etməyə can atmış xalqımızın iradəsini ifadə edən Bəyannamə oktyabrın 18-də müstəqillik əldə edən Azərbaycan üçün ilk tramplin idi.

Millət vəkili Aydın Mirzəzadə AzNews.az-a bildirdi ki, həmin dövrdə SSRİ ciddi siyasi dövran keçirirdi:

“70 il əvvəl yaranan Sovet Hakimiyyəti artıq ölkəni idarə edə bilmirdi. SSRİ-yə daxil müttəfiq respublikalar daha çox səlahiyyət , ən əsası isə öz problemlərini həll etmək üçün müstəqillik tələb edirdilər”.

A.Mirzəzadə qeyd etdi ki, bir tərəfdən SSRİ-nin dövlət kimi mövcudluğu artıq sual altında idi, digər tərəfdən isə baş qaldıran siyasi problemlərə cavab vermirdi:

“Ona görə də ayrı-ayrı respublikaların müstəqil inkişaf etmək istəyinin qarşısını almaq mümkün olmadı. Azərbaycan həmin dövrdə müstəqilliyə tam hazır idi. Avqustun 30-da respublika parlamenti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul etdi. Bu mühüm bir hadisə idi. Tarixdə yeni bir səhifənin açılmasına işıqlı yol idi. Həmin dövrdə Azərbaycanı inkişaf etdirmək üçün çox işlər görmək lazım idi. Tariximiz göstərdi ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan bir çox ağır sınaqlardan keçməli oldu”, - deyə millət vəkili vurğuladı.

Gül Qədirli

AzNews.az