Yeni iş yerlərinin açılması ilə bağlı proseslər daha da sürətlənməlidir Yeni iş yerlərinin açılması ilə bağlı proseslər daha da sürətlənməlidir
  • Tribuna
  • 2 Sentyabr 2019 13:58
  •  5 927

Bu artımlar yeni imkanlar yaradacaq - Əliməmməd Nuriyev

Yeni iş yerlərinin açılması ilə bağlı proseslər daha da sürətlənməlidir

“Bu proses davamlı xarakter daşıyır”.

Bunu AzNews.az-a açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı sərəncamının sentyabrın 1-dən qüvvəyə minməsindən danışarkən deyib.

O, qeyd edib ki, dövlət hesabına əmək haqqlarının artırılması bir milyon 350 min nəfərə şamil olunub:

“Bu da çox böyük bir rəqəmdir. Bu sərəncam insanların rifah halının yaxşılaşmasına kömək edəcək. Əlbəttə ki, bu, kifayətedici bir rəqəm deyil. Sadəcə olaraq proses davamlı xarakter daşıyır. Cənab prezident tərəfindən mütamadi olaraq belə əlavələr davam edəcək. Prezident qeyd etmişdir ki, bizim qarşıda duran əsas vəzifələrimizdən biri infrastruktur layihələrimizin inkişafı ilə bağlı olan qərarların qəbul edilməsidir. Əsas sosial paketlər və əhalinin sosial rifahının yüksəlməsi istiqamətində addımların daha da sürətlənməsidir. Bu artımlar yeni imkanlar yaradacaq. Yeni iş yerlərinin açılması ilə bağlı proseslər daha da sürətlənməli, daimi iş yerlərinin sayı çoxalmalı və ölkədə istehsalata diqqət yertirilməli, sənayeləşmə sürətlənməlidir. Regionlar arasında qeyri-bərabərlik aradan qaldırılmalıdır. Bu istiqamətdə konkret addımlar atılır. Cənab prezidentin apardığı siyasətin özü bu istiqamətdə addımların daha da rəsmiləşməsini göstərir”.

Qeyd edək ki, prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında iyunda imzaladığı sərəncam sentyabrın 1-dən qüvvəyə minir. Sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Bahar RÜSTƏMLİ

AzNews.az