- Tribuna
- 4 Sentyabr 2019 18:04
- 24 859
Fərman Dəmirqol özünü necə ifşa etdi?
Cavadovlar "Dövlət Şurası" yaratmaq, Dəmirqolun da etiraf etdiyi kimi, parlamentin səlahiyyətlərini də həmin xuntaya vermək istəyirmişlər
Rövşən və Mahir Cavadov qardaşlarının 1995-ci ilin martında həyata keçirmək istədikləri çevriliş Azərbaycanın müstəqillik tarixinin qara ləkələrindən biri, ən böyüklərindəndir. İndi həmin hadisədə türklər demiş, "ulak" funksiyası həyata keçirniş Fərman Dəmirqol açıqlamalar verməyə başlayıb, Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan, yeni Azərbaycan dövlətini tələlərdən xilas edib tərəqqi yoluna çıxaran Böyük Heydər Əliyevə çamur atmaqda davam edir. Onun açıqlamasında bir neçə nüans diqqətimi çəkdi.
Birincisi, dediyinə görə, Rövşən Cavadovun planı Milli Məclis vasitəsi ilə Heydər Əliyevi - artıq xalq tərəfindən seçilmiş prezidenti vəzifədən uzaqlaşdırıb, prezident kürsüsünə Əbülfəz Elçibəyi qaytarmaq imiş. Əbülfəz Elçibəyin müavinləri, yəni vitse prezidentlər olacaqmış, onlardan da ancaq birini o özü təyin edə bilərmiş. Güc strukturları vitse prezident Rövşən Cavadova, iqtisadi blok Ayaz Mütəllibova, sosial blok Rəhim Hüseynova tapşırılacaqmış. Belə çıxır ki, plan baş tutsa, prezidentliyə qayıdan Elçibəyin əlində ancaq mədəniyyət nazirliyi filan olacaqmış ))) Bu adam hər nə qədər təhlükəli artist olsa da, Elçibəyi heç tanımayıb və elə tanımadığına görə də, onunla apardığı danışıq fiaskoya uğrayıb son nəticədə.
İkincisi, məgər o zaman Azərbaycanda vitse prezident institutu vardı? Ümumiyyətlə, ölkənin konstitusiyası belə yox idi, bildiyiniz kimi, Ana Yasa məlum mart hadisələrindən sonra, 1995-ci ilin noyabrında qəbul edildi. Bəs, bu nə "idarəçilik sistemi" idi? Görünür, Cavadovlar "Dövlət Şurası" yaratmaq, Dəmirqolun da etiraf etdiyi kimi, parlamentin səlahiyyətlərini də həmin xuntaya vermək istəyirmişlər.
Üçüncüsü, bir- birinə tamamilə zidd, ipləri müxtəlif xarici dövlətlərin əlində olan qüvvələr, Mütəllibov, Rəsul Quliyev, İsa Qəmbər, Rəhim Qazıyev, Rəhim Hüseynov, Surət Hüseynov və s. Elçibəylə bir arada necə fəaliyyət göstərə bilərdilər? Həmin Dövlət Şurası ya gec-tez parçalanmalı, ölkə vətəndaş müharibəsinə sürüklənməli, yeni torpaqlar işğal edilməli, ya da həmin isimlər güllələnərək sıradan çıxarılmalı, ölkədə OMON rejimi yaranmalı idi.
Beləliklə, o avantüristin açıqlamaları bir daha təsdiq edir ki, Heydər Əliyev 1995-ci ildə Azərbaycanı viran olmaq bəlasından xilas edib, onun hərbi xuntanın əlinə keçməsinə imkan verməməklə millətə və demokratiyaya çox böyük xidmət göstərib! Həm də Dəmiqrolun açıqlaması göstərir ki, təkbaşına!!! Belə bir liderlə, siyasi düha ilə nə qədər qurur duysaq azdır, vallah!
Taleh Şahsuvarlı
AzNews.az