Prezidentliyə namizədlərlə bağlı onda hər hansı məlumat yoxdur Prezidentliyə namizədlərlə bağlı onda hər hansı məlumat yoxdur
  • Tribuna
  • 23 Oktyabr 2019 10:31
  •  4 161

İsa Həbibbəyli: Akif Əlizadənin istefa ərizəsi qəbul olunub

Prezidentliyə namizədlərlə bağlı onda hər hansı məlumat yoxdur

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin istefa ərizəsi artıq qəbul olunub”.

Bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Bu gün AMEA prezidenti vəzifəsinə seçkilərin keçiriləcəyini vurğulayan İ. Həbibbəyli qeyd edib ki, prezidentliyə namizədlərlə bağlı onda hər hansı məlumat yoxdur: “Rəyasət Heyəti kollegial orqandır, yəqin ki, gün ərzində prezidentliyə namizədlər müəyyən olunacaq və seçkilər keçiriləcək”.

Qeyd edək ki, AMEA prezidenti Akif Əlizadə səhhəti ilə bağlı istefa ərizəsi yazıb. (APA)

AzNews.az

image description